AZ

İlin ən yaxşı avtomobili seçildi

Nyu-Yorkda davam edən avtosalonda “Dünyada İlin Avtomobili” mükafatının qalibləri elan olunub. "Kia EV9" elektrik krossoveri baş mükafatı qazanıb. 

Valyuta.az xəbər verir ki, bu barədə yarışın təşkilatçılarının saytında məlumat verilib.

"Kia EV9" ən yaxşı adı uğrunda Çinin "BYD Seal" və Çində də yığılan "Volvo EX30" ilə yarışıb.

Qeyd olunur ki, son iki ildə mükafatın qalibləri "Hyundai" modelləri olub. Bununla belə, bu il brend yalnız "Ən yaxşı idman avtomobili" kateqoriyasında qalib gələrək əhəmiyyətli dərəcədə geriləyib. Bu titula "Hyundai Ioniq 5 N" layiq görülüb. BMW M2 və XM də bu ad uğrunda yarışıb.

Ən yaxşı lüks avtomobil adı "BMW 5 Series"ə, o cümlədən i5-ə verilib. Brend "Mercedes E-Class" və EQE-ni geridə qoyub. 

"Ən yaxşı şəhər avtomobili" nominasiyasında qalib "BYD Seal" və "Lexus LBX"ni geridə qoyan "Volvo EX30" olub. 

Ən yaxşı dizayn mükafatı "Toyota Prius"a verilib.

Paşa Məmmədli

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla