AZ

“Qarabağ”ın hücumçusu Fransa klubuna keçir?

“Qarabağ”ın forvardı Juninyo karyerasını Fransada davam etdirə bilər.

Futbolinfo.az “Transfer Nabzı” X səhifəsinə istinadən xəbər verir ki, “Tuluza” braziliyalı hücumçunun keçidini həll edib.

Bu məsələdə Fransa klubunun rəsmisi Damien Komollinin həlledici rol oynadığı bildirilir.

Mövsümün sonunda Juninyonun “Qarabağ”dan ayrılaraq “Tuluza” ilə rəsmi müqavilə imzalayacağı iddia olunur.

“Qarabağ”a mövsümün əvvəlində keçən 27 yaşlı hücumçu 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla