AZ

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib

ABŞ Nümayəndələr Palatasının üzvü, Florida ştatından olan respublikaçı Mett Gets ölkənin müdafiə naziri Lloyd Ostindən Afrika ölkələri ilə hərbi əməkdaşlıq haqqında hesabat verməsini tələb edib.

“Report” xəbər verir ki, müvafiq məktub “Intercept” nəşri tərəfindən yayılıb.

“Müdafiə Nazirliyinin Konqresdə müəyyən edilmiş zaman müddətinə yetişə bilmədiyini nəzərə alaraq, mən rəsmi olaraq Afrika hərbi birləşmələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında brifinq və ya hesabat tələb edirəm”, - sənəddə deyilir.

Konqresmen qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən təlim keçmiş döyüşçülər sonradan ABŞ-nin Afrika Komandanlığının (AFRICOM) məsuliyyəti sahəsində öz hökumətlərini deviriblər.

Siyasətçinin sözlərinə görə, Pentaqon dövlət çevrilişləri ilə bağlı aydın cavabdan yayınır.

phrase_var_article.chosen
38
41
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close