AZ

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

2024-cü ildə nüvə müharibəsi olub dünya dağılmasa, 2025-də yeni düzən üçün masa qurulacaq, dünyanın yenidən bölüşdürülməsi baş verəcək, şükür Allaha ki, biz artıq o masanan üzərində bölünənlərdən olmayacağıq, amma militarist, psevdo-vətənpərvər və populist hisslərə qapılsaq, masanın ətrafında yer alacağımız yerdə, alver predmeti ola bilərik. Səhv etmək olmaz, “hanı kəndlərimiz” deyən, sinə döyənləri boş verin, kəndlər də qayıdacaq, o masada udanlardan biri də biz olacağıq, bunun üçün indiki zaman kəsimində alət olmamaq yetərlidir - əminəm ki, bunu iqtidar məndən də yaxşı bilir.
BUTA.TV xəbər verir ki, bu sözləri ReAL İH üzvü Natiq Cəfərli qeyd edib. O bildirib ki, cəmiyyət olaraq, “kəndlərimiz hey” deyənlərə, müharibə zəngləri çalanlara təpki göstərməliyik: “Ən qəribəsi budur ki, "kəndlər" deyib sinə döyənlər arasında cəmi 1 il əvvəl “hanı Xankəndi, Xocalı, Xocavənd” deyib, yalançı vətənpərvərlik edən marginal qrupun nümayəndələri də var – heç ağıllanmadılar, cəmi 1 il əvvəl Xankəndi və ətrafını siyasi alətə çevirmək istəyirdilər, üzlərinə bulaşdı, indi də eyni səhvi təkrar edirlər.

Kəndlərimiz, hər qarış Vətən torpağı da qayıdacaq, bunun üçün davamlı sülh çağırışları, səbir, ağıllı siyasətin davamı və gələn il qurulacaq masada Türkiyə ilə birgə oturmaq kifayətdir”.

Seçilən
70
1
Mənbələr
Şərh ()
Bağla