AZ

Təyyarə qəzadan son anda qurtuldu – VİDEO

Portuqaliya aviaşirkətinə məxsus “TAP Air” Portugal təyyarəsi Madeyra beynəlxalq hava limanına qəfil eniş edib.

KONKRET.az xəbər verir ki, yayımlanan görüntülərdə “Airbus A321neo”nun eniş zamanı güclü küləyin təsirindən qorunmağa çalışdığı görünür.

Təyyarə bir neçə saniyə uçuş-enmə zolağında ətrafa əyilir, lakin sonra pilot nəhayət vəziyyətə nəzarəti ələ alır.

Qeyd edək ki, Madeyra hava limanı dünyanın ən təhlükəli hava limanlarından biri hesab olunur. Mənbə yazır ki, güclü küləklər son yanaşma zamanı hətta ən yaxşı pilotları da sınaqdan keçirə bilər.

Burhan,

KONKRET.az

Seçilən
193
30
Mənbələr
Şərh ()
Bağla