AZ

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb.

BiG.AZ xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrlə yaralayıb.

Açıqlamada yaralıların müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.

Şahidlərdən alınan məlumata görə, İsrail ordusu Qüdsün şimalındakı Qalandiya Qaçqınlar Düşərgəsi, Cenin şəhəri, Cenin Qaçqınlar Düşərgəsi, Tulkərim şəhərinin Şuveyka qəsəbəsi, Hebron və Beytləhm qəsəbələrinə basqınlar həyata keçirib .


BiG.Az
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla