AZ

Taksilərlə bağlı yeni tələblər məlum olduVİDEO

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq ediləcək. İstehsal müddəti 15 ili ötən nəqliyyat vasitələrinin taksi kimi fəaliyyət göstərməsinə icazə verilməyəcək.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri ilə bağlı tələbləri təsdiq edib.

Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Nəqliyyat vasitələri üçün yeni rəng tələbləri də müəyyən edilib.

Müntəzəm şəhərlərarası və şəhərdaxili sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.

Anar Rzayev hazırda taksi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyən şəxslərə qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı almalarını tövsiyə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
85
50
Mənbələr
Şərh ()
Bağla