AZ

“X” sosial şəbəkəsinin premium istifadəçilərinə şad xəbər - VİDEO

"xAI" şirkəti tərəfindən hazırlanmış "Grok AI" çatbotunun bu həftə "X" sosial şəbəkəsinin premium istifadəçiləri üçün əlçatan olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İlon Mask özünün "X" hesabında məlumat verib.

"Bu həftənin sonunda "Grok" yalnız "Premium+" deyil, bütün "Premium" abunəçiləri üçün əlçatan olacaq", - deyə sahibkar yazıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Mask "Grok AI" çatbotunun beta versiyasının istifadəyə verildiyini elan edib. ABŞ-də "X"də yeni neyroşəbəkədən "Premium+" abunəçiləri istifadə edə biliblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
138
2
Mənbələr
Şərh ()
Bağla