AZ

Fazil Mustafa sui-qəsdin 1 illiyini iftar məclisində dostları ilə qeyd etdi - FOTO, VİDEO

Millət vəkili Fazil Mustafa ona qarşı İran xüsusi xidmət orqanlarının təhriki ilə həyata keçirilən sui-qəsdin ildönümünü iftar süfrəsində qeyd edir.

Musavat.com xəbər verir ki, Millət vəkili Abşeron ərazisində yerləşən restoranlardan birində ölkənin ictimai-siyasi həyatının tanınmış simaları, millət vəkili, jurnalistlər və dostları ilə bərabər iftar süfrəsində oturub hadisənin il dönümnü qeyd edir.

Xatırladırıq ki, ötən ilin 28 mart tarixində, saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilmişdi. 

Fazil Mustafa ağ "Lexus" markalı avtomobili ilə evinə çatanda silahlı hücuma məruz qalmışdı. 

Fazil Mustafa iki güllə yarası almışdı. O, çiyin və ayağından yaralanmışdı. 

bb3b60e566e572279ba210daedf93948.jpg 

 

Musavat.com

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla