AZ

Qusarda polis məktəblilərlə görüşüb - FOTO

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Avaran kənd tam orta məktəbində keçirilən tədbirdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə “Narkomaniyaya yox deyək”  mövzusunda çıxış edən  RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı  Emin Kərimov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb.

Daha sonra çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Ramik Nəzərov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.

FOTO QALEREYA
Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla