AZ

"Qəbələ"nin kapitanı: "Düşdüyümüz vəziyyətdən çıxış yolu tapmaq lazımdır"

Sabah Azərbaycan Premyer Liqasında yaranmış fasilə başa çatacaq.

"Qəbələ"nin futbolçusu Urfan Abbasov "FutbolPress"ə açıqlamasında fasilədə komandanın hazırlığını qiymətləndirdi:

"Toplanış bizim üçün faydalı oldu. Komanda halında üzərimizdə işlədik, boşluqları doldurmağa çalışdıq. "Sabah"la yoxlama oyununda çalışdıq ki, problemləri görək və onun üzərində işləyək. Əsasən, taktiki məşqlər etdik. Həmçinin müdafiədəki problemləri aradan qaldırdıq. İnanıram ki, sonuncu dövrədə daha yaxşı çıxış edərik".

Komandanın kapitanı Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində "Neftçi" ilə qarşılaşmaya hazır olduqlarını bildirdi:

"Hər oyuna çıxıb qələbə qazanmaq istəyirik. Çalışacağıq ki, "Neftçi" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edək. Çünki Premyer Liqada qalmaq üçün bizə xallar lazımdır. Ona görə də, qeyd etdiyim kimi hər oyuna 3 xal üçün çıxacağıq. Çətin olacağını bilirik".

Abbasov hər iki cəbhədə mübarizə aparmağın çətin olduğunu qeyd etdi:

"Hər iki cəbhədə mübarizə aparmaq çətindir. Həm kubokda, həm də Premyer Liqada uğur qazanmaq istəyirik. "Neftçi" ilə oyundan sonra "Zirə" ilə matçın hazırlıqlarına başlayacağıq. Hazırda bütün diqqətimiz "Neftçi" ilə qarşılaşmadadır. Çünki Premyer Liqada qalmaq üçün xallar lazımdır".

Müdafiəçi məşqdən sonra qalıb üzərlərində işlədiklərini dedi:

"Qol epiozdlarından yararlana bilmirik. Bəlkə də qol epizodlarından yararlana bilsəydik, indi başqa nəticə olardı. Məşqlərdən sonra da müəyyən vaxtlar olur ki, qalıb boşluqlar üzərində çalışırıq. Hər bir futbolçu öz çatışmazlıqlarını bilir və üzərində işləyir. Düşdüyümüz vəziyyətdən çıxış yolu tapmaq lazımdır. "Qəbələ" elə klubdur ki, sonuncu yerdə olmağa layiq deyil. Bu il bizim üçün uğursuz oldu. İstədiyimizi edə bilmədik. Amma qarşıda 9 oyun var. Ardıcıl qələbə qazana bilsək, bəlkə də Premyer Liqada qalmağı bacararıq. Həmçinin kubokda da ən yaxşısını etməyə çalışacağıq. Qismət, inşallah, istədiyimizə nail ola bilərik".

Məlik Məlikov
phrase_var_article.chosen
90
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close