AZ

Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Ermənistan və Azərbaycana SƏFƏR EDƏCƏKLƏR

Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Cənubi Qafqaz ölkələrinə səfər edəcəklər.

Bizim.Media Ermənistan mətbuatına istinadən  xəbər verir ki, aprelin 8-9-da nümayəndə heyəti Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana gedəcək.

Aİ rəsmiləri İrəvanda və Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının ofisində görüşlər keçirəcək.

Nümayəndə heyətinin gündəliyinə regional hadisələrlə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesləri ilə tanışlıq daxildir.

Bizim.Media
 

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla