AZ

“Ayaks” baş məşqçisini dəyişəcək

Yon van Skip yeni mövsümdə “Ayaks”ın baş məşqçisi olmayacaq. O, bu barədə yayılan xəbərlərə münasibət bildirərkən deyilənləri təsdiqləyib.

Futbolinfo.az xəbər verir ki, ötən ilin noyabrından Amsterdam klubuna rəhbərlik edən 60 yaşlı mütəxəssis klubda başqa vəzifədə qalmaq nyyətindədir: “Gələcəkdə başqa bir rolda klubun inkişafına fayda vermək istəyirəm. Texniki məsələlərlə bağlı bir posta artıq təklif almışam”.

Mövsümü uğursuz keçirən “Ayaks”ın yeni baş məşqçisi olmağa sə 4 namizəd var. Hələlik adlar açıqlanmır, amma klub rəhbərliyi yayda onlardan biri ilə razılığa gələcək.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla