AZ

Biləcəridə yoldan çıxan “Prius” kolluğa düşdü - VİDEO

Binəqədi rayonu Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. 
Avtosfer.az-ın məlumatına görə, qəza martın 26-sı günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücüsü qəza törədib. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetməni itirən sürücü maşını yoldan çıxararaq kolluğa salıb. Hadisə zamanı sürücü xəsarət almasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 
Qeyd edək ki, qəzalı maşın yaxınlıqda olan insanların köməyi ilə hadisə yerindən uzaqlaşdırılıb. 

Nərmin

Seçilən
89
50
Mənbələr
Şərh ()
Bağla