AZ

"Crocus City Hall"da terror törədənlər narkotik maddənin təsiri altında olub - KİV

Bakı. Trend:

"Crocus City Hall"da terror törədənlər narkotik və ya psixotropmaddələrin təsiri altında olublar.

Trend xəbərverir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarından "TASS"agentliyinə bildiriblər.

"Dörd nəfər narkotik sərxoşluq vəziyyətində olublar. Onlarınhansı narkotik və ya psixotrop maddədən istifadə etdikləriekspertiza tərəfindən müəyyən edilir", - məlumatda deyilir.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktındaölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətininKrasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olannaməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupununkonsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri AleksdanrBortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus CityHall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, ocümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütüntədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdəittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittihamolunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, ŞamsidinFariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasınayerləşdirilib.

Məqalədə:
Seçilən
155
46
Mənbələr
Şərh ()
Bağla