AZ

Biz o cənnətdən bu cəhənnəmi yaratdıq - Ekspert

"Həllini tapmayan problemlərdən biri Bakıdakı sənədsiz evlər məsələsidir. Sənədləşmə olarsa, dövlət büdcəsinə milyonlarla gəlir daxil ola bilər. Lakin hələlik məsələ dondurulmuş vəziyyətdədir. Baxmayaraq ki, dövlət tərəfindən müvafiq əmr və fərmanlar verilib".

Bu fikirləri Hit.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert, iqtisadçı Aydın İbrahimov səsləndirib.

“Təkcə Abşeronda 500 mindən çox qanunsuz ev var. 50-ci illərdən də qalma sənədsiz evlər var, amma qaçqın və köçkünlər köçü Bakıya üz tutunca dövlət onların sənədsiz ev tikmələrinə göz yumdu. Bakı ətraflarında torpaqlar zəbt edildi, evlər tikildi. İndi icazə verilmir,  indi çoxu baxıb deyir, “o vaxt biz cənnətdə yaşamışıq”. Amma bu cənnət indiki cəhənnəmi yaratdı. Özbaşına tikilmiş evlərin nə kanalizasiyası, nə yolları oldu, Bakını qoydular yaman günə. Plansız tikililərə yol veriməli deyildi. İndi də çalışıb düzəldə bilmirlər. Ayrı-ayrı şəxslərin cibinə gedən rüşvət dövlət büdcəsinə gedə bilərdi. Söküntü aparılmalıdır. Amma öncə bu evlərə sənəd verilməlidir ki, insanlar dövlətdən kompensassiya ala bilsin. Dövlət heç kimin evini söküb, çölə atmayıb. Ayrı-ayrı məmurlar tərəfindən hansısa istisnaları nəzərə almasa. Dövlət vətəndaşının pis vəziyyətdə yaşamasından narahat olmalıdır. Mən hər  problemin cəmiyyətin, vətəndaşın  üzərinə atılmasının tərəfdarı deyiləm. Dövlətin əlaqədar qurumları var.  Kimsə gedib mağazadan oğurluq edəndə, adam öldürəndə dövlət orada olur, polis gəlir, amma ömrü palçıq, zillət içində keçən vətəndaşın yanında olmur? Cəmiyyəti dövlət tərbiyələndirməli, formalaşdırmalıdır”,- deyə o bildirib.

Murad

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla