AZ

“Krokus”a hücum edənlərin ailələri ilə bağlı  ŞOK

Crocus-a hücumda şübhəli bilinən Şəmsidin Fəriduninin qohumları onun valideynləri, qardaşı, arvadı və səkkiz aylıq uşağı, qayınanası, dayısı və əmioğlularının onun yaşadığı kənddən aparıldığını bildirib. 

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə  Asia- Plus yazır.

 

Fəridunin dayısının həyat yoldaşı jurnalistlərə açıqlama verib.

 

Onun sözlərinə görə, terror aktı ilə bağlı Moskvada həbs edilən şəxsin qohumları şənbə günü, martın 23-də, yəni konsert salonuna hücumun ertəsi günü aparılıb.

 

Nəşr bildirir ki, Fəriduninin dayısı və oğulları onların taleyindən xəbər tutmağa gediblər və onlar da yoxa çıxıblar.

 

Radio Ozodi Fəriduninin qohumlarından birinə istinadən xəbər verir ki, Rusiya hakimiyyəti onun bacısı Məhbubə Zəgərovanı və üç uşağını Rusiyadan deportasiya edib.

 

Buna səbəb onun şübhəli şəxsi evində qeydiyyata alması olub.

 

Qadının hələ də evə qayıtmaması  narahatlığa  səbəb  olub.

Çərşənbə axşamı bildirildi ki, Düşənbədə Crocus-a hücumla bağlı təqsirləndirilən şəxslərin yaxınları ilə birgə istintaq tədbirləri aparılır.

“Krokus”a hücumla bağlı həbs edilənlərdən 7-si Tacikistan vətəndaşıdır. Səkkizincisi Qırğızıstandandır.

 

Miri

 

Seçilən
187
50
Mənbələr
Şərh ()
Bağla