AZ

Qarabağda ermənilərlə döyüşdü, II Liqada üz ağartdı - VİDEO+FOTOREPORTAJ

Azərbaycan II Liqasında XVIII tura yekun vurulub.

Çempionluq mücadiləsi verən "Cəbrayıl" Bakıxanov qəsəbəsində daha bir iddialını - "Qusar"ı qəbul edib.

Hesab erkən açılıb. Müdafiəçi Elşad Əliyevlə qapıçı Həsən Həsənli arasında anlaşılmazlıqdan yararlanan Orxan Qurbanlı 3-cü dəqiqədə karyerasının bəlkə də ən asan qolunu vurub.

Yarım saat sonra Vüsal Səfərov səhvlə yadda qalıb. Müdafiəçi cərimə meydançası daxilində Vüqar Əşrəfliyə qarşı kobudluq edincə, referi Elvin Bayramov penalti nöqtəsini göstərib,İlqar Hüseynov fürsəti qaçırmayıb.

Cavid Hüseynovun komandası özünə tez gəlib. Elvin Məmmədovun asmasını Sərxan Ağayev 37-ci dəqiqədə öz qapısına yönəldib.

Fasiləyə saniyələr qalmış isə Nurlan Quliyev cərimə zərbəsindən havalandırılan topu başla tora qovuşdurub.

«Cəbrayıl» ikinci hissəyə də qolla başlaya bilərdi. İki epizodda «çərçivə»yə düşməyincə, təzyiqi azaldıblar.

Belədə bəxt «Qusar»ın üzünü güldürüb. Ötən mövsüm «Difai»nin heyətində Region Liqasının bombardiri olmuş Eşqin Tağıyev II Liqada qol hesabını açıb.

Qarabağ müharibəsində qazi mərtəbəsinə yüksəlmiş hücumçu 67-cı dəqiqədə müdafiəçiləri qabaqlayaraq, qonaqlara qələbə gətirən qola imza atıb.

Halbuki «Cəbrayıl»ın hesabı yenidən bərabərləşdirmək üçün xeyli vaxtı qalırdı, di gəl, Ruslan Voronsov əlinə düşən imkanları boşa verməyi özünə yaraşdırdı.

Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 35-ə yüksəldən "Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 37 xalı olan "Cəbrayıl" isə 3-cü yerdədir.

SPORTİNFO.AZ

Neftçi Futbol Mərkəzi (IV meydança). 60 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Sənan Atayev
Dördüncü hakim: İslam Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Vüsal Səfərov, 82 (qeyri-idman hərəkəti) // Viqar Əlibabayev, 22 (qeyri-idman hərəkəti); Müseyyib Vəliyev, 45+4 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Cavid Hüseynov, 77 (hakimin qərarına etiraz); Elhad Nəziri (“Cəbrayıl”), 77 (hakimin qərarına etiraz)
Qollar: Sərxan Ağayev, 37 (ö.q.); Nurlan Quliyev, 45+4 //Orxan Qurbanlı, 3; İlqar Hüseynov, 33 (p.); Eşqin Tağıyev, 67
Artırılan vaxt: I hissədə - 4 dəq; II hissədə - 5 dəq.

“Cəbrayıl”

23. Həsən Həsənli
10. Elvin Məmmədov (k)
28. Cavid Tağıyev
4. Vüsal Səfərov
(11. Polad İbrahimov, 87)
44. Samir İbrahimov
9. Ruslan Voronsov
17. Nurlan Quliyev
(7. Tapdıq Əhmədov, 77)
25. Baxşəli Baxşəliyev
13. Elşad Əliyev
(20. Ruslan Əmircanov, 46)
33. Hüseyn Novruzov
(22. Əli Nəcəfli, 46)
27. Kamran Qürbətov
Ehtiyat oyunçular:
12. Nurlan Quluzadə
19. Məhərrəm Orucov
14. Əliəkbər Şəbiyev
5. Anar Qarayev
Baş məşqçi: Cavid Hüseynov

Qusar”

1. Əli Həsənli
15. Firudin Ağalarov
99. Müseyyib Vəliyev
11. Sərxan Ağayev (k)
(14. Emil Məmmədov, 90)
4. İlqar Hüseynov
(6. Kazbək Qafarov, 46)
8. Orxan Qurbanlı
57. Eşqin Tağıyev
38. Vüqar Əşrəfli
(2. Raqif Eyvazov, 72)
17. Osman Osmanov
13. Viqar Əlibabayev
3. Firdovsi Kazımov
(26. Mirmehdi Rzayev, 53)
Ehtiyat oyunçular:
22. İmran Məhərrəmov
16. Aslan Hüseynov
5. Elnur Dəmirli
18. İlham Yarəliyev
Baş məşqçi: Emin Əmiraslanov

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla