AZ

Bu ölkədə paytaxt çökür - Sakinlər adaya köçürüləcək - FOTO/VİDEO

İndoneziya parlamenti paytaxt Cakartanın sakinlərinin "Borneo" adasına köçürülməsi ilə bağlı qərar qəbul edib.

BAKU.WS xəbər verir ki, buna səbəb əhalinin çox olduğu paytaxtın hər il 25 santimetr çökməsidir.

"Dünyanın maliyyə mərkəzi" hesab edilən Cakartanın yerini "Borneo" adasında inşa ediləcək Nusantara şəhərinə verəcək.

11 milyondan çox əhalisi olan Cakartanın isə yaxın vaxtlarda su altında qalacağı ehtimal edilir.

Paytaxtın köçürülməsi İndoneziyaya 32 milyard dollara başa gələcək.

Ölkə hər il 17 avqustda keçirilən "Mütəqillik günü"nü bu dəfə yeni Nusantara şəhərində qeyd etməyi planlaşdırır.

Minlərlə dövlət məmuru və vəzifəli şəxs də bu ilin sonuna kimi Nusantaraya köçəcək. 

Seçilən
39
2
Mənbələr
Şərh ()
Bağla