AZ

ABŞ Konqresi Polşaya qanadlı raketlərin satışını təsdiqləyib

ABŞ Konqresi Polşaya AGM-158B-2 JASSM uzun mənzilli hava-yer, AMRAAM orta mənzilli hava-hava raketi və AIM-9X qısa mənzilli raketinin satışını təsdiqləyib.

Polşanın müdafiə naziri Vladislav Martin Kosiniak-Kamış X sosial şəbəkəsində məlumat verib.

“Hərbçilərimiz üçün yaxşı xəbər. ABŞ Konqresi Polşaya aviasiya döyüş silahlarının satışını təsdiqləyib: JASSM-ER, AMRAAM və AIM-9X”, – Polşa departamentinin rəhbəri bildirib.

Onun sözlərinə görə, bu, çəkindirmə və müdafiə imkanlarını gücləndirəcək.

Seçilən
35
5
Mənbələr
Şərh ()
Bağla