AZ

"Çocuklar Duymasın"ın aktrisası sevgilisindən zorakılıq görüb - FOTO

"Çocuklar Duymasın" serialının Hayal Garip (Duygu) aktrisası sevgilisi Serkan K.-dan şiddət gördüyünü etiraf edib.

BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib:

"Ötən il Serkan K. ilə bir münasibət yaşadıq. Paylaşdığım fotoda qızlarımla xoşbəxt ailə görüntüsü yaratmağa çalışdıq. Lakin həqiqətlər tamam başqa idi. Mən bu münasibət boyunca həm maddi, həm də mənəvi zorakılığa məruz qaldım. Şiddət həmin dəqiqə gəlmir.

Əvvəl səndə özünə inam yaradır, daha sonra qayğı göstərir. Bütün boşluqları örtür. Artıq sənin heçbir yerə getməyəcəyini gördükdə zorakılıq tətbiq etməyə başlayır. Pis münasibət gördüyün adamı əvvəlki halına qaytara bilmək üçün çox cəhd edirsən. Bu səbəblə də nə gedə, nə də qala blirsən".

Xatırladaq ki, Hayal Garip 2010-cu ildə Murat Kahraman Özalp ilə ailə qurub. Bu evlilikən aktrisanın iki qızı dünyaya gəlib. Cütlük 2021-ci ildə boşanıb. Daha sonra Garip, Serkan K. ilə müasibət yaşamağa başlayıb. O sevgilisindən şiddət gördüyünü və onu məhkəməyə verdiyini açıqlayıb. 

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla