AZ

Azərbaycanın xaricdən aldığı smartfonlar 22% bahalaşıb- İDXAL 70% ARTIB

2024-cü ilin yanvar ayında Azərbaycan xaricdən 35 milyon 416 min dollar dəyərində 117 min 687 ədəd smartfon idxal edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 18 milyon 367 min manat, yəni 2,1 dəfə, miqdar ifadəsi ilə 48 min 325 ədəd (69,7%) çoxdur.

Ötən ilin ilk ayındaölkəyə 17 milyon 49 min dollarlıq 69 min 362 ədəd smartfon gətirilib.

Bu da o deməkdir ki, 1 ədəd smartfonun idxal qiyməti təxminən 301 dollar (512 manat), ötən ilin eyni dövründə 246 dollara (418 manat) başa gəlib. Smartfonun orta idxal qiyməti son bir ildə 55 dollar (94 manat), başqa sözlə 22,4% artıb.

Seçilən
65
12
Mənbələr
Şərh ()
Bağla