AZ

Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov? - AÇIQLAMA

"Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə gedib-getməməsi məsələsi çoxdan müzakirə olunur. Düşünürəm, bu, o qədər də strateji məsələ deyil. Ramiz Zeynalov getsin, qeyrisi gəlsin. Biz şəxsləri müzakirə etməli deyilik. Yol hərəkəti qaydaları, yaxud DYP-dəki pozitiv, neqativ hallar barədə danışmaq şəxslərə aid deyil. Bu gün cərimələrin yüksək olmasının, Azərbaycanda nəqliyyat problemlərinin mövcudluğunun bircə Ramiz Zeynalovun vəzifədə qalması və ya təqaüdə getməsi ilə dəyişəcəyini düşünmürəm".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

"Ramiz Zeynalovun müavini Kamran Əliyevi təqaüdə göndərdilərsə, o demək deyil ki, başqa əməkdaş tapılmayacaq. Məsələləri uzun müddət şəxslərə bağladıq. Sonradan isə bir çox nazirliklərdə müşahidə etdik ki, nazir dəyişsə də, sistem, yanaşma tərzi, fəlsəfəsi dəyişmədikcə problem aradan qalxmır. Buna görə də Ramiz Zeynalov qalsın, ya başqası gəlsin, bunun mənim üçün o qədər də önəmi yoxdur. Qanunvericilikdə, yol hərəkəti qaydalarında, yolun tənzimlənməsində, nəqliyyat tıxac məsələlərində fərqli yanaşma olmadıqca, vəzifədə kim olur olsun, adlar önəmli deyil", - partiya sədri bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 28 Mart 2024, 17:05   
phrase_var_article.chosen
57
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close