AZ

Qəzza zolağındakı 36 xəstəxanadan ən azı 24-ü işləmir - BMT

Qəzza zolağındakı 36 xəstəxanadan ən azı 24-ü işləmir. Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında deyilir.

"Qəzzada səhiyyə sistemi davam edən döyüşlər və giriş məhdudiyyətləri səbəbindən dağılır və bu, xəstəxanaların sayının artmasına səbəb olur. Martın 27-nə olan məlumata görə, ÜST Qəzzadakı 36 xəstəxanadan 24-ü fəaliyyət göstərmir. İkisi Qəzzanın şimalında minimal səviyyədə, digər 10-u isə qismən işləyir, o cümlədən 4-ü Qəzzanın şimalında və 6-sı Qəzzanın cənubunda”, - hesabatda deyilir.


İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində azı 12 min uşaq və 8 min 190 qadın olmaqla 28 min 340 fələstinli həlak olub, 67 min 984 fələstinli yaralanıb.
 
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət edilib.


İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.
 
 
Gülnar 

www.anews.az
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla