AZ

Alla Puqaçova ilk dəfə “Krokus Siti Holl”da baş verən terrordan danışıb - FOTO

Rusiyalı məşhur müğənni Alla Puqaçova “Krokus Siti Holl”da baş verən terror aktı barədə ilk dəfə danışıb.

BAKU.WS xəbər verir ki, o, instaqram səhifəsində bununla bağlı emosiyalarını sosial şəbəkələrdə göstərməyəcəyini yazıb.

"Kədər instaqramda deyil, ruhda olmalıdır. Amin" deyə sənətçi əlavə edib.

Qeyd edək ki, ölkəsini tərk edən sənətçi bundan əvvəl Moskvada baş verənlərə heç bir reaksiya verməyib. Amma onun həyat yoldaşı, müharibədə Ukraynaya dəstək verən Maksim Qalkin ruslara başsağlığı verib.

Seçilən
24
48
Mənbələr
Şərh ()
Bağla