AZ

​​​​​​​“Neftçi” “Qəbələ” ilə oyuna itkilərlə ÇIXACAQ 

Misli Premyer Liqasının 28-ci turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Neftçi"nin iki futbolçusu bu matçda iştirak edə bilməyəcək.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bərpa prosesini davam etdirən Emil Balayev və əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş səfərdəki görüşü buraxacaq. 

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" görüşü martın 29-da keçiriləcək və oyuna 16:30-da start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla