AZ

Rusiya və NATO arasında müharibənin qarşısını almaq üçün əlimizdən gələni edirik - Almaniya kansleri

Bakı. Trend:

Almaniya hökuməti Rusiya və NATO arasında müharibənin qarşısınıalmaq üçün əlindən gələni edir.

Trend xəbərverir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "MärkischeAllgemeine Zeitung" qəzetinə müsahibəsində deyib.

Almaniyanın Ukraynaya uzaqmənzilli "Taurus" raketlərigöndərməkdən imtinasını şərh edən Şolts, Almaniya hökumətininmünaqişənin gərginləşməməsi üçün əlindən gələni etdiyinibildirib.

"Biz həmçinin, Ukraynaya əsgər göndərməyəcəyik", - deyə Şoltsəlavə edib.

Bundan başqa, kansler Almaniyanın Ukraynanı Avropadakı digər hərhansı dövlətdən daha çox silah və hərbi sursatla dəstəklədiyinivurğulayıb.

Xatırladaq ki, martın 4-də Almaniya Federativ RespublikasınınMoskvadakı səfiri Aleksander Lambsdorf Rusiya Xarici İşlərNazirliyinə çağrılıb.

Qeyd olunub ki, Almaniya kansleri Olaf Şolts NATO-nun Ukraynamünaqişəsində iştirak etməyəcəyini bildirdiyi gün Almaniyanınyüksək vəzifəli rəsmiləri Krım körpüsünə hücum ehtimalını müzakirəediblər. Almaniya səfirinin Rusiya Xarici İşlər Nazirliyinə buməsələ ilə bağlı çağrıldığı qeyd olunub.

Bir müddət sonra isə xarici KİV-də Almaniyanın Böyük Britaniyaya"Taurus" raketlərini tədarük edəcəyi, əvəzində isə LondonunUkraynaya "Storm Shadow" raketlərini ötürəcəyinə dair məlumatyayılıb. Qeyd olunub ki, bununla Berlin rəsmi olaraq Kiyevə qanadlıraketlər ötürməyə görə məsuliyyətdən azad olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
136
50
Mənbələr
Şərh ()
Bağla