AZ

Qərbdən sülhlə bağlı qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil - Türkiyəli ekspert

Bakı. Trend:

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanması vətorpaqlarını azad etməsi regionda yeni reallığın formalaşmasınasəbəb oldu. Bu reallıq əslində regionda sülh və sabitliyə gətiribçıxaracaq ədalətli vəziyyətlə üst-üstə düşür.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in TürkDünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetininprofessoru Mehmet Yüce deyib.

O qeyd edib ki, Qarabağ qələbəsi ilə ərazi bütövlüyünü əldə edənvə getdikcə regionun güclü aktoruna çevrilən Azərbaycana qarşı əlizəifləmiş Aİ və ABŞ həmişə olduğu kimi, Ermənistandan istifadəedərək regionda yeni problemlər yaratmaq istəyirlər.

"Ona görə də Azərbaycanla Ermənistan arasında sülhlə bağlıQərbdən qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil. Çünki ABŞvə Qərb bu məsələdə hakim yox, erməni tərəfi kimi çıxış edir.Avropa İttifaqı (Aİ), Ermənistan və ABŞ-nin aprelin 5-də Brüsseldəkeçirəcəyi görüşə də bu kontekstdə baxmaq lazımdır. Burada məqsəderməni tezisləri ilə bağlı Azərbaycana təzyiq etmək olacaq. Bununbir çox əlamətləri var. Məsələn Avropa İttifaqının Ermənistandayerləşən mülki missiyası Aİ-nin Ermənistandakı Missiyasınaçevrilir. Eynilə, Aİ üzvləri Fransa və Yunanıstan da hərbiəməkdaşlığı gücləndirərək Ermənistanı silah və texnika ilə təminetdilər. Xülasə, Qərbin məqsədi Azərbaycanla Ermənistan arasındasülhü təmin etmək deyil. Əksinə, iki ölkə arasında qarşıdurmanıartırmaqla regionda nüfuz qazanmaqdır.

Qeyri-region dövlətlərinin regiona müdaxiləsini “qırmızı xətt”adlandıran İranın susmasına gəlincə isə, İran reallıqdan vəhəqiqətdən uzaq ənənəvi siyasətinə uyğun olaraq hər addımdaAzərbaycanın regionda yüksəlişinə qarşı mövqe sərgiləyir.

İranın qırmızı xətləri Azərbaycan və Türkiyəyə aiddir. OnunErmənistanla bağlı bütün xətləri yaşıldır" ", - deyə M. Yücebildirib.

Seçilən
31
3
Mənbələr
Şərh ()
Bağla