AZ

Latviyanın XİN rəhbəri istefa verib

Latviyanın xarici işlər naziri Krişjanis Karinş istefa verib, aprelin 10-da vəzifəsini tərk edəcək.

APA Latviyanın ictimai kanalı LSM-ə istinadən xəbər verir ki, bu barədə nazirin özü mətbuata açıqlamasında deyib.

Latviyanın xarici siyasət idarəsinin rəhbəri Baş nazir Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb və istefasının səbəbi barədə məlumat verməyib. Seym (parlament) aprelin 11-də yeni xarici işlər nazirini seçəcək.

Xatırladaq ki, Krişjanis Karinş Latviya Baş naziri postunda çalışıb və 2023-cü ilin sentyabrında yeni hökumət kabineti formalaşanda XİN rəhbəri təyin olunub. Karinş son aylarda Baş naziri postunda çalışdığı müddətdə bahalı uçuşlardan istifadə etməsi ilə bağlı qalmaqalla üzləşib və istintaq işi açılıb.

Seçilən
148
34
Mənbələr
Şərh ()
Bağla