AZ

“Xiaomi” ilk elektrik avtomobilinin satışına başlayır – Fotolar


Bu gündən Çində “Xiaomi” tərəfindən istehsal edilən ilk elektrik avtomobilinin satışına başlanılır.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin təsisçisi və baş direktoru Ley Tszyun “Sina Weibo” sosial şəbəkə hesabında məlumat yayıb.
Çinli smartfon istehsalçısı elektrikli avtomobil bazarına Speed Ultra 7 (SU7) avtomobili ilə daxil olur. Avtomobil vizual olaraq “Tesla Model 3” və “Porsche Panamera” modellərinə bənzəyir.
Avtomobilin dizaynı bir sıra BMW və “Rolls-Royce” modellərinin dizaynı ilə tanınan rəssam Kris Benql tərəfindən verilib.
Avtomobil alıcılara üç rəngdə - mavi, boz və yaşıl rənglərdə təqdim olunacaq. SU7-nin maksimal qiyməti 500 min yuan və ya təxminən 120 min manat təşkil edəcək. Avtomobil 668 və 800 kilometr güc ehtiyatı ilə iki versiyada buraxılacaq.
Qeyd edək ki, SU7-nin təqdimat mərasimi keçən ilin dekabrında baş tutub. “Xiaomi”nin CEO-su bununla da şirkətin dünyanın ən böyük beş avtomobil istehsalçısı sırasına daxil olmağı planlaşdırdığını bildirib.
Xatırladaq ki, “Xiaomi” ilk dəfə 2021-ci ildə əsas biznesindən kənara çıxmaq və yeni istiqaməti inkişaf etdirmək haqqında danışmağa başlayıb. Səbəblər arasında smartfonlara tələbin durğunluğu da var.
Seçilən
57
49
Mənbələr
Şərh ()
Bağla