AZ

Paşinyandan Qarabağ ermənilərinə SƏRT SÖZLƏR: “Bu nə hörmətsizlikdir?”

“Açıq şəkildə bəyan edirəm ki, Ermənistanda bir hökumət var və həmin hökumət bu zalda oturub”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan bugünkü çıxışında deyib.

O, Qarabağdan gəlmiş bəzi ermənilərin Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan davranışlar sərgiləməsindən gileylənib:

“Mühacirətdə hansısa hökumət elan edirlər. Hər kəs hardasa mənzil kirayələyib, üzərinə “filan hökumət” yazısı asa bilər? Bağışlayın, amma dövlətə qarşı bu cür hərəkətlər artıq hörmətsizlikdir. Bu, Ermənistan tərəfindən cavabsız qala bilməz”.

Qeyd edək ki, Qarabağda qondarma rejimin ləqvini elan etmiş Samvel Şahramanyan “Le Figaro”ya müsahibəsində Qarabağ ermənilərinin mühacirətdə dövlətinin olduğunu deyib.

Xatirə SADİQ,

KONKRET.az

phrase_var_article.chosen
43
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close