AZ

"Putinin sevimli qəzeti"nin oxucuları tələb etdi: Puqaçova xarici agent kimi tanınsın

İnformasiya mənbələrinin seçimində Vladimir Putinlə həmfikir olan rusların böyük hissəsi Alla Puqaçovanın xarici agent kimi tanınmasını zəruri hesab edir.

Publika.az xəbər verir ki, “Putinin sevimli qəzeti” adlandırılan “Komsomolskaya Pravda”nın yazdığına görə, redaktorlar vətənpərvər fəal Vitali Borodinin növbəti məhdudlaşdırıcı təşəbbüsünə münasibət öyrənmək üçün oxucuları arasında sorğu keçiriblər.

Sorğuiştirakçıların 87%-i xalq artistinin xarici agent statusuna layiq olduğunu bildirib.

Respondentlərin yalnız 8%-i müğənninin bu statusu ilə razılaşmadığını deyib. Sorğu iştirakçılarının daha 5%-i cavab verməkdə çətinlik çəkib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla