AZ

Polşada ukraynalı qaçqınlar pulsuz işləməyə məcbur edilir, pasportları əlindən alınır - Nazir

Ukraynadan olan qaçqınların yerləşdirilməsi üçün Polşa mərkəzlərinin sahibləri onların sənədlərini əlindən almağa və pulsuz işləməyə məcbur etməyə başlayıblar. 

HİT.az xəbər verir ki, bunu Polşanın daxili işlər və administrasiya nazirinin müavini Maçey Duşçik deyib.

O vurğulayıb ki, martın 29-da departament ukraynalı qaçqınların yerləşdirildiyi özəl mərkəzlərə kompensasiyaların ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edəcək. Mövcud qanunvericiliyə görə, ukraynalı qaçqınları pulsuz yerləşdirən istənilən Polşa vətəndaşı onların hər biri üçün təxminən 10 dollar alır.

"Hökumətin təhlili göstərir ki, bu sistem kiçik evlərdə patoloji vəziyyətə düşüb və elə hallar olur ki, sahibi qaçqınların pasportlarını əlindən alır və onları pulsuz işləməyə məcbur edir", deyə Duşçik bildirib.

Onun sözlərinə görə, qanun layihəsində ukraynalıların yalnız dövlətin nəzarətində olan yerlərdə qalması üçün hökumətin ödəniş etməsi nəzərdə tutulur.

Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda qaçqın mərkəzlərində 40 minə yaxın insan yaşayır ki, bu da Polşadakı bütün ukraynalı qaçqınların 4,2%-ni təşkil edir.

Samir

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla