AZ

Rusiya-Ukrayna müharibəsinin dondurulmasına çağırış edirlər

Rusiya-Ukrayna

Almaniyada bəzi siyasətçilər düşünür ki, mövcud geosiyasi və hərbi vəziyyəti nəzərə almaqla, Ukraynanın Rusiya ilə münaqişəni dondurmağa razılıq verməkdən başqa yolu yoxdur.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" qəzeti yazıb.

Bildirilir ki, Bundestaqdakı SPD parlament fraksiyasına rəhbərlik edən Rolf Mützeniç Ukraynadakı münaqişənin dondurulma imkanlarını yenidən nəzərdən keçirməyə çağırıb.

Rusiya ilə savaşan Ukraynanın əzminə və qüruruna toxuna biləcək belə bir çağırışın səslənməsi isə Almaniya cəmiyyətində böyük narazılığa səbəb olub.

Bəzi siyasətçilər isə iddia edir ki, münaqişəni sona çatdırmaq üçün əvvəlcədən dondurulması yaxşıdır və bu, həm də Ukraynanın yenidən toparlanmasına əla fürsət ola bilər.

R. Mutzeniç böyük bir inamla qeyd edib ki, əslində Ukraynadakı münaqişənin yaxın gələcəkdə - bəlkə də hələ bu ilin əvvəli dondurulmasının lehinə kifayət qədər arqumentlər var. Lakin belə bir vəziyyətdə münaqişənin dondurulması atəşkəs və yaxud da sülh sazişinin bağlanması demək deyil.

"Bunun anlamı odur ki, hətta bir çox yerlərdə döyüşlər davam etsə belə, yenə də münaqişə ümumi mənzərəsinə görə faktiki dondurulmuş hesab olunacaq və müəyyən bir müddət ərzində dayandırılacaq", - deyə almaniyalı siyasətçi əlavə edib.

Oqtay QORÇU
phrase_var_article.chosen
70
6
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close