AZ

Türkiyədə STAR NEZ-ə xam neft tədarükünün həcmi azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin(SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna (NEZ) 939,838 ton nefttədarük olunub.

Trend bubarədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK)məlumatlarına istinadən xəbər verir.

Bu, zavoda neft tədarüklərinin 2023-ci ilin analoji dövründətədarük olunan 966 669 tonla müqayisədə 2,8 faiz azalmasıdeməkdir.

EPDK-nin hesabatına əsasən, bu dövrdə zavodda müxtəlif neftməhsulları, o cümlədən 581 min 804 tona yaxın dizel yanacağı,təqribən 4 min 60 ton biodizel tərkibli dizel yanacağı, 103 min 497ton aviasiya yanacağı, 90 min 148 ton digər məhsullar, təqribən 31min 090 ton ağır vakuum qazoylu, 16 min 049 ton maye neft qazı, 176min 025 ton nafta, 65 min 761 ton neft koksu, 39 min 523 ton neftzavodu qazı və 14 min 896 ton yüksək kükürdlü dizel yanacağıistehsal olunub.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neftemalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənindəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabınaqarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddimilyard dollar təşkil edəcəyi gözlənilir.

STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon tontəşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etməkqabiliyyətinə malikdir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

phrase_var_article.chosen
33
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close