Gürcüstanda Bakuriani kurortunda qar uçqunu baş verib.
Hadisə Borjomidə, Daba yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
İnsident nəticəsində 1 nəfərin itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Ölkənin sərhəd xidmətinin axtarış helikopteri hadisə ilə bağlı Tbilisidən Borjomiyə yola düşüb.
Mənbə: qafqazinfo.az