AZ

Xankəndində sönməyəcək ocağımız alovlandı

Uzun müddət Qarabağ məsələsinin daha tez həll olunması üçün Azərbaycan narahatçılığını müvafiq qurumlara çatdırırdı. Lakin, konkret desək, ATƏT-in Minsk qrupunun həmsədirləri işğalçılıq siyasətinin vaxtını uzatmaqla məşğul idilər. İşğalçı Ermənistan isə torpaqlarımızı geri qaytarmaq fikrində deyildi. Və buna görə də bizim torpaqlarımız işğal altında qalmaqda davam edirdi. Azərbaycan isə heç bir halda bu işğalla barışa bilmirdi. Dünyanın “dondurulmuş” hesab etmək istədiyi Qarabağ münaqişəsi, amma əslində, öz daxilində qaynayırdı. Məhz Ermənistanın aqressivliyinə və beynəlxalq birliyin səhlənkarlığına görə, Qarabağ münaqişəsinin həlli gecikmişdir. Ötən əsrin 90-cı illərində ölkəmizdə siyasi vəziyyət gərgin idi. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək qətiyyətli addımlar atdı. Ölkənin ərazi bütövlüyünün təhlükə altında olduğunu nəzərə alan Ulu Öndər maksimum səy göstərərək Ermənistanla atəşkəsin elan olmansına nail oldu. Sonrakı illərdə Ulu Öndər Heydər Əliyev dəfələrlə çıxışlarında demişdir: “Azərbaycanın işğal olunmuş torpaqları azad olunacaq.Əminik ki, bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar. Buna heç şübhə yoxdur”. Ulu Öndərin bu arzularını Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Çünki Prezident İlham Əliyev beynəlxalq qurumlar qarşısında Qarabağ məsələsinin həllini konkret qaldırırdı. Eyni zamanda işğaldakı torpaqların azad olunması istiqamətində strateji və taktiki addımlar atılırdı. Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrikində qeyd etdiyi kimi, Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb: “Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq.Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”. Qazilərimzin keçdiyi döyüş yolu gənclərimiz üçün örnəkdir. Ön cəbhədə döyüşənlərin mərdliyi, Vətən uğrunda hər an canından keçməyə hazır olan igid oğullarımız bu gün hər yerdə ehtiramla qarşılanr. Müharibə illəri nə qədər ağrılı-acılı olsa da, igid oğullarımız düşmənə qarşı döyüşərək vətənpərvəlik nümayiş etdiriblər. Şəhid ailələrinə, qazi və könüllü Vətən fədailərinə dövlətimiz daima  yaxından dəstək olur. Onlarla hər birmiz qürur duyuruq.Hazirda vətənpərvərliyin təbliği və milli dəyərlərin qorunması dövlət siyasətində önəmli yer tutur. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri də mütəmadi olaraq təbdirlər keçirməlidir. Belə ki, 30 ilə yaxın müddətdə keçirilən maarifləndirici tədbirlər gənclərin vətənpərvəlik ruhunu dah da yüksəldib. Həmin tədbirlərdə gənclərə vətənpərvərlik, hərbi vətənpərvərlik, milli dəyərlər, onların gənclər arasında təbliğinə və eləcə də fəal vətəndaşlıq mövqeyinin formalaşmasına dair geniş, əhatəli bilik və məlumatlar verilib. Xüsusən orta və ali  məktəblərdə vətənpərvərlik, milli dəyərlər və fəal vətəndaşlığı təbliğ etmək, gənclərimizin bu istiqamətdə bilik, bacarıq və potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr öz effektini verib. Biz bunun Vətən müharibəsi günlərində bir daha şahidi olduq.Bu baxımdan cənab Prezidentin Xankəndindəki təbrikində son sözlər qürurvericidir: “Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq”. Bu bizim ilk tarixi qələbəmizdir. Torpaqlarımız şəhidlərin qanı bahasına azad olundu. Azərbaycan dövləti ildən-ilə daha da güclənir.   Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla