AZ

Bir öpüşün bədəli: Prokuror bu qədər həbs tələb edir

İspaniya Milli Məhkəməsinin prokurorluğu İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubialesin futbolçu Cennifer Hermosu öpdüyü üçün iki il yarım müddətinə azadlıqdan məhrum edilməsini istəyir.

Publika.az xəbər verir ki, bu barədə “El Pais” məlumat yayıb.

Ötən il Rubiales dünya çempionatının finalında qalib gəldikdən sonra mükafatlandırma mərasimi zamanı ispaniyalı futbolçunun razılığı olmadan onun dodaqlarından öpmüşdü.

RFEF-in keçmiş rəhbəri cinsi təcavüz və Hermosoya təzyiq göstərməkdə ittiham olunub.

İttiham tərəfi həmçinin İspaniyanın kişilərdən ibarət milli komandasının idman direktoru Albert Luque, qadınlardan ibarət millinin keçmiş baş məşqçisi Xorxe Vilda və RFEF marketinq şöbəsinin müdiri Ruben Riveraya futbolçuya təzyiq göstərdiklərinə görə 1 il yarım həbs cəzası istəyir.

Seçilən
113
10
Mənbələr
Şərh ()
Bağla