AZ

80 yaşlı milyonçu qadın qohumlarına ŞOK YAŞATDI: Bütün sərvətini baxıcısına BAĞIŞLADI

İtalyan qadın qohumlarını mirasdan məhrum edərək tibb bacısına 5 milyon avroluq sərvət qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə “L’Adige” italyan qəzeti məlumat yayıb.

Bildirilir ki, Rovereto şəhərindən olan italyan aristokrat Mariya Mafatti on bacısı oğlunu mirasdan məhrum edərək, beş milyon avroluq sərvətini tibb bacısına vəsiyyət edib.

Qadın zadəgan nəslindəndir. O, 2023-cü ilin noyabrında 80 yaşında vəfat edib. Mafatti evlənmədiyi üçün birbaşa varisi olmayıb.

Nəşr yazır ki, o, həyatının son illərində ona baxan qadına bütün mənzillərini, tarixi malikanəsini və bank hesablarındakı vəsaiti vəsiyyət edib.

Vəsiyyətnamə açıqlandıqdan sonra Mariya Mafattinin yaxınları vəkil və prokurorluqla əlaqə saxlayıb.

Onlar hesab edirlər ki, tibb bacısı yaşlı aristokratın çarəsiz vəziyyətindən istifadə edərək vəsiyyətnaməni öz xeyrinə dəyişib.

Prokurorluq mirası hələlik donduraraq istintaqa başlayıb.

Xuraman Etibarlı

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla