AZ

“Divanımızın olması üçün dua etmişəm” - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. 

Lent.az-ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib.

“İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik”, - o bildirib.

Zülfiyyə deyib ki,  ailə quranda heç nələri olmayıb: "Evimizdə bir dəmir çarpayımız, bir masamız və iki oturacağımız olub. Evə divan ala bilmirdik. Köhnə dolabımız vardı. Onun qapılarını divan kimi düzəldib istifadə edirdik. Bax, bizim belə günlərimiz olub. Çalışmışıq ki, belə şeylərə görə söz-söhbət olmasın, ailəmizi qoruyaq”. 

phrase_var_article.chosen
35
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close