AZ

Kef gecəsinə təktay corabla qatılan reper hərbi komissarlığa çağırılıb

Reper Vacio (Nikolay Vasiliev) Telegram kanalında hərbi komissarlığa çağırıldığını bildirib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Vasilyev sənədləri dəqiqləşdirmək üçün hərbi komissarlığa gedib. O, etiraf edib ki, bu, onun hərbi komissarlığa ilk səfəri deyil. Sənətçinin sözlərinə görə, artıq bir neçə dəfə ora çağırılıb.

“Bunun niyə tez-tez edildiyi aydın deyil. İnsanlar bir-birinə aşiq olanda bir-birinə ehtiyacları olur, tez-tez görüşürlər. Bilirəm ki, gülməli səslənir, amma bu müqayisəni edirəm”, - deyə ifaçı bildirib.

Yanvar ayında Vasiliev hərbi xidmətə yararlı elan edilib. Vəkil Roman Popovun sözlərinə görə, sənətçi yazda hərbi xidmətə çağırılacaq.

Yekaterinburq hərbi komissarlığı əvvəlcə səhhətindəki problemə görə Vasilyevin hərbi xidmətə yararlı olmadığı bildirib, lakin paytaxtın hərbi komissarlığı onun xidmətinə heç bir maneə olmadığı qənaətinə gəlib.

Bloger Anastasiya İvleyevanın təşkil etdiyi kef məclisinin "çılpaq" iştrakçılarından (həmin gecə onun əynində yalnız tək tay corab olub) biri olan reper Vacio xırda xuliqanlıqda və qeyri-ənənəvi münasibətləri təbliğ etməkdə təqsirli bilinib. Ona 15 sutka inzibati həbs verilib və 200 min rubl cərimə edilib. Yanvarın 6-da Vacio yenidən 10 sutkalıq həbs edilib.

Musavat.com

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla