AZ

Avropanın ən çox qazanan beş məşqçisi

Avropa futbolunda mövsümün son hissəsinə yaxınlaşdığımız bir məqamda Fransanın “L'Equipe” idman qəzeti ən çox maaş alan məşqçilərinin siyahısını açıqlayıb.

Valyuta.az xəbər verir ki, siyahıda ilk yeri Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone tutur. “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ikinci, yayda vəzifəsindən gedəcəyini açıqlayan “Liverpul”u çalışdıran Yurgen Klopp isə üçüncü olub.

Simeonenin ispan klubundakı illik qazancı 32,4 milyon avrodur. Qvardiola isə İngiltərədə ilinə 22,8 milyon avro məvacib alır. “İlk üçlüy”ü qapayan Kloppun isə məvacibi 17,4 milyon avro göstərilib.

Ümumilikdə məşhur Fransa nəşrinin açıqladığı siyahıya əsasən, Avropanın ən çox qazanan beş məşqçisi aşağıdakılardır?

Dieqo Simeone (“Atletiko”, İspaniya) - 32,4 milyon avro
Pep Qvardiola (“Mançester Siti”, İngiltərə ) - 22,8 milyon avro
Yurgen Klopp - (“Liverpul”, İngiltərə) - 17,4 milyon avro
Massimiliano Alleqri (“Yuventus”, İtaliya) - 12,8 milyon avro
Maurisio Poçettino - (“Çelsi”, İngiltərə) - 12,1 milyon avro

Elmir

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla