AZ

”Qarabağ klanı Paşinyanı devirmək üçün hərəkətə keçəcək" - Açıqlama

“Nə Köçəryan, nə də onun xaricdəki himayədarları Paşinyanı devirməyə tələsmirlər. Onlar qarşıdakı aylarda baş verəcək hadisələrə görə məsuliyyəti onun üzərinə atacaqlar. Bundan sonra Paşinyanı devirmək üçün hərəkətə keçəcəklər”.

Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov deyib.


O bildirib ki, hazırda erməni müxalifəti hakimiyyətin hansı addımlar atacağını bilir və məsuliyyətdən qaçırlar:

“Çünki hazırda çevriliş olsa və Qarabağ klanı hakimiyyətə gəlsə, yeni müharibə olacaq. Bunun nəticəsi isə Köçəryan, Sərkisyan və digərlərinə bəllidir. Ona görə də susurlar. Onlar doğrudan da Paşinyanın qərarlarına qarşı olsaydılar, o zaman Tavuşa, Gorusa, Mehriyə gedər və hadisələrin qarşısını almağa çalışardılar”.


Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin məhz Üçtərəfli bəyanatda göstərilən şərtlər altında açılması, 4 kəndin qaytarılması, Konstitusiyanın və gerbin dəyişdirilməsi ilə bağlı hakimiyyət arasında fikir müxtəlifliyi var:

"Birinciyə erməni müxalifəti razıdır, iqtidar razı deyil, digərlərinə isə iqtidar razıdır, müxalifət razı deyil. Amma müxalifət yaxşı bilir ki, sadalanan və digər tələblər tez-gec reallaşacaq. Ona görə də, özlərini suda islatmaq istəmirlər”.

Sevinc
BakuPost
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla