AZ

Azərbaycanda akkumulyator istehsal edən şirkətin rəhbəri dəyişdi

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azmonbat” MMC-nin baş icraçı direktoru dəyişib.

Banker.az xəbər verir ki, Şirzat Əsgərov Əjdər oğlu şirkətin baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə İran Respublikasından olan Kuroş Purhabibi (Kourosh Pourhabib) əvəzləyib.

Xatırladaq ki, “Azmonbat” 2018-ci ildə yaradılıb və 5 500 020 manat nizamnamə kapitalı var. Şirkət SKSP-də qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirir. Layihə çərçivəsində istifadə müddəti bitmiş akkumulyatorların utilizasiyası nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə edilir.

Seçilən
177
50
Mənbələr
Şərh ()
Bağla