AZ

Qəzzada xidmət edən britaniyalı cərrah Qlazqo Universitetinin rektoru seçilib

2023-cü il oktyabrın 9-da Sərhədsiz Həkimlər Təşkilatı (MSF) vasitəsilə Qəzzaya gedən və 40 gün İsrailin hücumları altında insanların həyatını xilas etmək üçün mübarizə aparan Fələstin əsilli britaniyalı cərrah Gassan Abu Sitte Şotlandiyanın Qlazqo Universitetinin yeni rektoru seçilib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, bu barədə Qlazqo Universiteti məlumat yayıb.

 

Məlumatda Abu Sittenin 3 il müddətində universitetin qərar qəbul etmə proseslərində tələbələri ən yüksək səviyyədə təmsil edəcəyi və yeni rektorun “dünyanın aparıcı plastik və rekonstruktiv cərrahiyyə ekspertlərindən biri” olduğu bildirilib.

 

Qeyd edək ki, Fələstin torpaqlarında İsrail dövlətinin qurulmasına yol açan “Balfour Bəyannaməsi”nin müəllifi Artur Ceyms Balfour 1890-1893-cü illərdə Qlazqo Universitetinin rektoru olub.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla