AZ

Qərb Qarabağda sülh əvəzinə müharibə axtarır...

Image

Qərb yenə Nikol Paşinyanın üzərindən Qafqazda təhlükəli oyunlara girişib. İndi də N.Paşinyanı Brüsselə sürükləməklə yeni gərginliyin əsasını qoymağa çalışırlar. Gün kimi aydındır ki, birtərəfli qaydada Brüsseldə danışıqların aparılması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması, Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olmaq istəyi bizim ölkəmizə yaxşı heç nə vəd etmir. Çünki bu, hər şeydən əvvəl, “Hayastan”da revanşizmin dirçəlməsinə, nəticədə yenidən müharibənin alovlanmasına səbəb ola bilər və onların da məqsədi elə budur. Bu mənada demək olar ki,  Qərb Rusiya ilə bağlı planlarını reallaşdırmaq niyyəti ilə hazırda Cənubi Qafqazda hökm sürən sabitliyi pozmağı əsas məqsəd kimi qarşısına qoyub. Açıq şəkildə görünür ki, qərb dairələri Cənubi Qafqazı yeni qan çanağına döndərmək üçün çırpınırlar. Həttda həyasızcasına.

Diqqət edin: Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun keçmiş Baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 2024-cü il 21 mart tarixli “Avropa İttifaqı-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddialar qərbdəkilərin yırtıcı niyyətinin açıq-aşkar ortada olduğunu göstərir. Bu məsələdə ən aktiv siyasi çuğul heç şübhəsiz ki, Fransa prezidenti Emmanuel Makrondur. Siyasi acizliyini və bütün dünyada məsxərə hədəfi olan şəxsi “keyfiyyətlərinin” ona gətirdiyi mənfi imici Cənubi Qafqazda qan tökməklə “kompensasiya” etmək istəyir E.Makron.

Azərbaycanın uğurlarını həzm edə bilməyən E.Makron Fransası ümid edir ki, təcavüzkar ölkəni bu şəkildə dəstəkləməklə bölgədə  gərginlik yaradacaq və bundan istifadə edib çirkin məqsədini həyata keçirəcək. Amma Fransa rəsmiləri anlamalıdırlar ki, atdıqları bu kimi  bu addımlarla heç nə əldə edə bilməyəcəklər. Çünki onların bölgədə xaos və qanlı toqquşmalar yaratmaqla hazırkı vəziyyəti dəyişmək planı sadəcə mümkünsüzdür. Əlbətddə yaxşı xatırlayırıq ki, Fransa son illər Azərbaycan əleyhinə  qətnamələrin qəbul olunması üçün dəfələrlə uğursuz cəhdlər edib, lakin orada Azərbaycan əleyhinə təkliflər gündəliyə salınmayıb. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan öz müstəqilliyinə və tam suverenliyinə qovuşmaq üçün beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində hərəkət edib. Paris Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün qətnamə qəbul olunmasına çalışsa da, yenə fiaskoya uğrayıb.
Prezident İlham Əliyev bu yaxınlarda əbəs yerə bəyan etməmişdi ki, Cənubi Qafqazda aparıcı mövqeyə sahib olmaq siyasəti yürüdən Fransa regionda odun üstünə benzin tökmək prinsipindən çıxış edir, Ermənistan isə militarizasiya siyasəti aparır. Açıq şəkildə görünür ki, N.Paşinyan höküməti rəsmi İrəvanı Fransanın qanlı maraqları üçün tramplinə çevirir.

Ermənistanın bu təxribat oyununun halqasına çevrilməsinə daha bir sübut. Avropa İttifaqının Ermənistandakı misisysasının statusunun parlamentdə ratifikasiya olunması  aprelin 5-də Brüsseldə Paşinyanla Blinken və Ursula fon der Lyayen arsında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşünə hazırlıqla bağlıdır. Bu görüş zamanı hətta Ermənistanın təhlükəsizliyinə zəmanət adlı sənədin qəbul olunacağı da bildirilir. Təbii ki, Qərbin bu hərkətləri Cənubi Qafqazda baş verən prosesləri birtərəfli həll etmək niyyəti daşıyır. Bu, həm sülh prosesinə zərbədir, həm də Azərbaycanın maraqlarına ziddir. Çünki, bütün bu proseslər sərhədlərimizdə baş verir. Ölkəmiz Ermənistana sülh və əməkdaşlıq təklif etdiyi halda Ermənistan hakimiyyəti isə regiona ABŞ və Aİ-nın hərbi bazasını yaratmağa çalışır. Burda sual olunur ki, ABŞ və Ai-nın hərbiçiləri Ermənistanı kimdən qorumaq üçün zəmanət vermək istəyir. Təbii ki, Azərbaycan müharibənin başa çatdığını və Ermənistanın ərazilərində gözü olmadığını açıq şəkildə bəyan edib. Qərbə isə Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranması maraqlı deyil və ona görə də Ermənistanı silahlandırır. Qərbin bu addımları Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən irəli gəlir. Qərbin hərbi bazasının Ermənistanda yerləşdirlməsi Rusiyanın və İranın maraqlarına da ziddir. Çünki, uzun illərdir ki, Rusiya Ermənistanda 102-ci hərbi bazasını saxlayır və sərhədlərini qoruyur. ABŞ-ın hərbi bazasının Ermənistanda yerləşməsi Rusiyanın 102-ci bazası ilə Qərbin üz-üzə gəlməsinə gətirib çıxaracaqdır. Beləliklə Rusiya hərbiçiləri ilə Qərbin hərbiçşiləri arasında Ermənistanda toqquşmanın baş verməsi qaçılmaz olacaq.
Amma Ermənistanı əzizləyib Azərbaycan əleyhinə yeni müharibəyə sövq edənlərin siyahısında daha biri var: Hindistan!

Bu ölkə ermənilər üçün sanki “əldən-ayağdan” getmək siyasəti yürüdür. Erməni və hind sevgisi hardan qaynaqlanır belə? –bilən də yoxdur soruşasan, yazılmayıb ki oxuyasan... Bu günlərdə Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) və “Container Corporation India” (CONCOR) şirkətlərinin yaratdıqları birgə işçi qrup Ermənistana “strateji yüklərin ixrac”ına başlayıb. Bu barədə “Telegram” kanalları məlumat yayıb. HALCON Hindistandan Ermənistana ilk yükdaşıma əməliyyatını da gerçəkləşdirib. Baş ofisi Rusiyanın Perm şəhərində yerləşən “Gelix Airlines” aviaşirkətinə məxsus “İlyuşin İl-76 TD” yük təyyarəsi ilə Hindistandan Ermənistana hərbi texnika daşınıb. Hindistanın Maharaştra ştatındakı Naşik aeroportundan havaya qalxan “İl 76-TD” yük təyyarəsi “RA-76360” reysi ilə uçaraq İrəvandakı “Zvartnos” aeroportunda enib. Təyyarənin yükü 214 mm çaplı “Pinaka” reaktiv yaylım atəşi sistemləri (RYAS) olub.

Qeyd edək ki, Ermənistanla Hindistan arasında ötən il imzalanmış 442,2 milyon dollarlıq 4 anlaşma çərçivəsində həyata keçirilən bu reyslə ermənilərə 4 “Pinaka”, zəruri ehtiyat hissələri, mərmilər və s. çatdırılıb. Beləliklə, rəsmi Dehli ermənilərin silahlandırılması üçün “hava dəhlizi” yaratdığını bəyan edəndən sonra açıqlamasını reallaşdırıb. Məlumata görə, İrəvan orta mənzilli "BrahMos” hava raketlərini və yerüstü, qısamənzilli taktiki "Pralay” ballistik raketləri almaqda qərarlıdır. Bir sözlə, son dövrlər Ermənistanın Hindistanla silah sahəsində əməkdaşlığı artır. Aydın məsələdir ki, İrəvanın Hindistandan aldığı bu silahlar heç də müdafiə məqsədi daşımır. Həmin silahları almaqda İrəvanın əsas məqsədi Azərbaycanı hədəfə almaqdır. Bu hadisənin ardınca Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yerli KİV-ə müsahibəsində bildirib ki, Hindistandan gətirilən silahlar artıq bir ildir ki, Ermənistandadır, lakin yararsız vəziyyətdədir. O bildirib ki, əlində Hindistandan gətirilən silahların vəziyyətinə dair yazılı məlumat var.

Beləcə həm qərb, həm də Hindistan və bölgədə ciddi maraqları olan digərləri var gücləri ilə Ermənistanı nəticəsi öncədən məlum olan müharibə fəlakətinə sürükləyirlər. Niyyətləri odur ki, nə olursa olsun qan tökülsün, Ermənistanın kapituliyasiya durumundan çıxarsınlar, dağıdıcı müharibə yolu ilə nələrisə dəyişsinlər. Amma normal düşüncə və reallığı anlamaq qabiliyyəti olan hər kəs bilir ki, hazırda Ermənistanın düşdüyü durumdan çıxması sadəcə mümkünsüzdür. Çünki 44 günlük müharibənin nəticələrini dəyişmək həm xülyadır, həm də yırtıcı maraqlar üçün hazırlanan qanlı ssenaridən başqa bir şey deyil, vəssalam. Belə görünür ki, erməni qəbiristanlıqları növbəti kütləvi məaarlıq üçün hazırlıq görürlər. Bu dəfə E.Makronun qurbanlarını qarşılamağa...

Mətləb Salahov

 






phrase_var_article.chosen
195
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close