AZ

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib - FOTOLAR - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 27-də və 28-də Şamaxı Rayon Polis Şöbəsində vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şamaxı, Qobustan, Ağsu, Göyçay, İsmayıllı şəhər və rayonlarından qəbula gələn 238 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. 34 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

https://youtu.be/M-HZ8lE9EOs

Seçilən
37
38
Mənbələr
Şərh ()
Bağla