AZ

“Kolleclərdə yeni ixtisaslar açılmalıdır” —Ekspert

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib. Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 27 dən aprelin 15-dək internet vasitəsilə aparılır.

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, bəzi kolleclərin ixtisaslaşmasına və kolleclərdə yeni ixtisasların açılmasına ehtiyac var:


“İnformasiya texnologiyaları sahəsi yönümündə kolleclər olmalıdır, necə ki maliyyə-iqtisad kolleci konkret olaraq maliyyə və iqtisadiyyat sahəsində kadrlar hazırlayır. Kənd təsərrüfatının müxtəlif sahələri üzrə kolleclər ixtisaslaşmalıdır. Gələcəkdə ərzaq çatışmazlığı, iqlim dəyişiklikləri kimi qlobal amilləri nəzərə almalı, təkcə Aqrar Universitetlə kifayətlənməməliyik. Düşünürəm ki, ayrıca bir kollec bu sahələrdə kadr hazırlığını həyata keçirməlidir. IT və kənd təsərrüfatı yönümlü azı iki kollec fəaliyyətə başlamalıdır. Bəzi kolleclərin hansı sahələrdə ixtisaslaşdığı heç məlum deyil, konkret profil üzrə kadr hazırlığı həyata keçirilməlidir. 

Azərbaycanda ümumilikdə 50-dən çox kollec var. Bunlardan cəmi bir neçəsi özəl kolleclərdir, digərləri isə dövlət təhsil müəssisələridir. Kolleclərə həm 9, həm də 11 illik bazadan tələbə qəbulu həyata keçirilir. 9 illik baza üzrə 40 minə, 11 illik baza üzrə 20 minə yaxın tələbə təhsil alır. Prezident İlham Əliyevin sərəncamı ilə yeni tədris ilindən etibarən hərbi kollec yaradılacaq. Eyni zamanda bəzi tibb ixtisasları da növbəti dərs ilindən kolleclərdə tədris olunacaq”.

Törə Zeynallı
Demokrat.az
phrase_var_article.chosen
35
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close