AZ

Sözləşməsi 2025-ci ilin yayına kimi uzadılacaq - "Real"da qalacaq

"Real" müqaviləsi mövsümün sonunda başa çatan Toni Krossu komandada saxlayacaq.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi alman yarımmüdafiəçi ilə yeni müqavilə barədə razılıq əldə edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

34 yaşlı orta xətt oyunçusunun sözləşməsi 2025-ci ilin yayına kimi uzadılacaq.

"Real" Toni Kroosu 2014-cü ilin yayında "Bavariya"dan transfer edib. Almaniya millisinin üzvü "kral klubu"nun heyətində keçirdiyi 455 rəsmi matçda 28 qol və 96 məhsuldar ötürmə ilə yadda qalıb.

phrase_var_article.chosen
28
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close