Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib.
Bu barədə Moderator.az-a DİM-dən məlumat verilib.
İmtahanda 3 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE General Test imtahanının 25 aprel 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür.